Ana Sayfa > Karusel / Gündəm > Baş Prokurorluq helikopter qəzası ilə bağlı şahidləri dindirir

Baş Prokurorluq helikopter qəzası ilə bağlı şahidləri dindirir


1-12-2021, 15:00. Yazar: Admin

“Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb”.


Qarabaginfo.az
 xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

O qeyd edib ki, şahidlərin dindirilməsi davam etdirilir:
 

“Eyni zamanda meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”. 

E.Məmmədov əlavə edib ki, ilkin məlumat kimi heç bir fikir bildirmək olmaz:

“İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.


Geri dön