Ana Sayfa > Karusel / Qarabağ > Laçında hərbi və mülki təyinatlı obyektlər su ilə təchiz edilib

Laçında hərbi və mülki təyinatlı obyektlər su ilə təchiz edilib


1-12-2021, 10:07. Yazar: Admin

 

Laçında hərbi və mülki təyinatlı obyektlər su ilə təchiz edilib

Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.

Qurumdan Qarabaginfo.az-a verilən məlumata görə, işğaldan azad olunmuş Laçın rayonunda təxirəsalınmaz tədbirlər görülərək hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının məlumatına görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruru işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından “Azərsu”yun mütəxəssisləri mənbələrə baxış keçirib və yaşayış məntəqələrinə bulaqlardan suyun verilməsini qərara alıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan yaşayış olan obyektlərə ümumilikdə 13 km uzunluğunda müxtəlif diamtelri su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasının təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

“Azərsu” Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil edib.


Geri dön