Ana Sayfa > Karusel / Region > Qasparyanın mühafizə xidmətinin rəisi həbs edildi

Qasparyanın mühafizə xidmətinin rəisi həbs edildi


1-12-2021, 08:39. Yazar: Admin

Ermənistan polisinin keçmiş rəhbəri Vladimir Qasparyanın mühafizə xidmətinin rəisi Arşak Akopyan iki ay müddətinə həbs edilib. Bu barədə Ermənistan KİV-ləri ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər yayıb. Akopyana qarşı çirkli pulların yuyulması, əmlakın və gəlirin gizlədilməsi ilə bağlı ittihamlar irəli sürülüb. Qeyd olunur ki, istintaq materiallarına görə, 2017-2018-ci illərdə polis strukturunda yüksək vəzifə tutan Akopyan 44 min dollar dəyərində əmlakını, 14 min dollarlıq evini, ümumi dəyəri 90 min dollar olan iki avttomobilini əmlak bəyannaməsində göstərməyib


Geri dön