Ana Sayfa > Karusel / Hadisə > AZAL-ın təyyarəsi duman səbəbindən Heydər Əliyev adına Aeroportuna qayıdıb

AZAL-ın təyyarəsi duman səbəbindən Heydər Əliyev adına Aeroportuna qayıdıb


30-11-2021, 22:48. Yazar: Admin

 

Azərbaycan Hava Yolları" 4 B787-Dreamliner təyyarəsi almaq niyyətini elan etmişdir - Azerbaijan Airlines

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Bu barədə Qarabaginfo.az-a AZAL-dan bildirilib.

Təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.


Geri dön