Ana Sayfa > Karusel / Siyasət > Pol Qobl Soçi görüşü haqda: “Laçın və Qarabağın ermənilər yaşayan əraziləri barədə qərar olmayınca...”
Pol Qobl Soçi görüşü haqda: “Laçın və Qarabağın ermənilər yaşayan əraziləri barədə qərar olmayınca...”30-11-2021, 20:35. Yazar: Admin |
Məşhur amerikalı politoliq Pol Qobl Soçidə baş tutmuş üçtərəfli görüşün Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında xüsusi nailiyyyətlərin əldə edilməsini düşünmür. Qarabaginfo.az xəbər verir ki, politoloq Putin-Əliyev-Paşinyan görüşünün nəticələrini belə şərh edib: "Soçidəki görüş prosesi irəliyə aparmaq üçün az iş gördü. Orada yalnız bəyanatlar səsləndirilib, lakin əsas məsələlər barəsində razılaşma əldə olunmadı. Laçın və Qarabağın ermənilər yaşayan əraziləri barədə qərar olmayınca, sərhədlərin delimitasiyası mümkün deyil",- o, bildirib. "Üçtərəfli görüş gerçək dialoqun başlanmasına və nəqliyyat kommunikasiyalarının açılmasına təkan verə bilərmi?" sualına cavabında politoloq belə deyib: "Mən bunun necə ola biləcəyini görmürəm.Görüş büsbütün tərəflər arasında razılaşmaların əldə edilməsindən daha çox Rusiyanın pozitiv roluna həsr edilib". Politoloq həmçinin bu suala da neqativ cavab verib: "Rusiyanın Ermənistanla Azərbaycan arasında barışıq prosesini sona çatdırmaq üçün siyasi iradəsi varmı?" "Xeyr, Moskva görüşlər təşkil etməyə və bəyanatlar səsləndirməkdə davam edəcək, lakin onun öz marağı münaqişənin davam etməsinə kömək etməkdən ibarətdir. Bu və ya digər tərəfin məğlub olması və münaqişənin nizamlanmasını tərəflərə sırımaqla Moskvanın regionda təsirini heçə endirə bilər",-Qobl belə hesab edir. "Belə olan halda Qərb Ermənistanla Azərbaycana nə təklif edə bilər?" sualına isə politoliq belə cavab verib: "Qərb deyəndə bu halda ABŞ və Fransa nəzərdə tutulur ki, onlar da fəal deyil. Amma NATO-nun mənzil-qərargahında gözlənilən Əliyev-Paşinyan görüşü vəziyyəti dəyişə bilər",-Pol Qobl belə güman edir.(Turan) Geri dön |