Ana Sayfa > Karusel / Siyasət > Fransa səfiri helikopter qəzası ilə əlaqədar başsağlığı verib

Fransa səfiri helikopter qəzası ilə əlaqədar başsağlığı verib


30-11-2021, 20:01. Yazar: Admin

Fransanın Azərbaycandakı səfiri: “Gərginlik dövrü bitdi, o səhifə bağlandı”

Fransanın Azərbaycandakı səfiri Zakari Qross hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, səfir bu barədə "Twitter"də paylaşım edib.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm” - paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.


Geri dön