Ana Sayfa > Karusel / Gündəm > Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb

Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb


30-11-2021, 17:10. Yazar: Admin

 

Zaqatalada ana və iki övladı dəm qazından zəhərlənib, 9 yaşlı qız ölüb

Zaqatalada bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Hadisə günorta saatlarında Zaqatala şəhəri, Nizami küçəsi 88 ünvanında baş verib. İlkin məlumata görə, həmin ünvanda kirayədə yaşayan rayonun Suvagil kənd sakinləri olan 1988-ci il təvəllüdlü Lena Ramazan qızı Kərimova, onun iki övladı - 2010-cu il təvəllüdlü Polad Eldəniz oğlu Məmmədov və 2012-ci il təvəllüdlü Aylin Eldəniz qızı Məmmədova dəm qazından zəhərlənib. Zəhərlənənlərdən 9 yaşlı Aylin Məmmədova hadisə yerində ölüb. L. Kərimova və 12 yaşlı P. Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-stabil qiymətləndirilir.


Geri dön