Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib
Azərbaycanda son sutkada 1678 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib30-11-2021, 16:38. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 588 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib, aktiv xəstə sayı 25713 nəfərdir. Ölkədə son sutka ərzində 12 620, hazırkı dövrədək isə 5 539 284 test aparılıb. Geri dön |