Ana Sayfa > Karusel / Siyasət > Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib
Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib30-11-2021, 16:01. Yazar: Admin |
Hulusi Akar
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb. Məlumata görə, telefon danışığında türkiyəli nazir Qaraheybətdə həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Geri dön |