Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Çavuşoğlu helikopter qəzası ilə bağlı Ceyhun Bayramova başsağlığı verib
Çavuşoğlu helikopter qəzası ilə bağlı Ceyhun Bayramova başsağlığı verib30-11-2021, 15:27. Yazar: Admin |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. M. Çavuşoğlu bu gün Azərbaycanda baş vermiş hərbi helikopter qəzasında şəhid olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib. Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Geri dön |