Ana Sayfa > Karusel / Gündəm > Türkiyə XİN helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Türkiyə XİN helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib


30-11-2021, 14:27. Yazar: Admin

 

Türkiyə XİN helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Türkiyə Xarici işlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Türkiyə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanın Xızı rayonunda, “Qaraheybət” poliqonunda təlim uçuşu edən hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.


Geri dön