Ana Sayfa > Karusel / Gündəm > Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib
Baş prokurorun birinci müavini hərbi helikopterin qəzaya uğradığı əraziyə gedib30-11-2021, 13:38. Yazar: Admin |
Baş prokurorun birinci müavini Elçin Məmmədov və Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğradığı əraziyə gediblər. Bu barədə Qarabaginfo.az-a hüquq-mühafizə orqanlarından məlumat əldə edib. Bildirilib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. Geri dön |