Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > NATO baş katibi: “Rusiya ilə dialoqun mümkünlüyünə inanırıq”
Ana Sayfa > Karusel / Dünya > NATO baş katibi: “Rusiya ilə dialoqun mümkünlüyünə inanırıq”

NATO baş katibi: “Rusiya ilə dialoqun mümkünlüyünə inanırıq”


30-11-2021, 07:33. Yazar: Admin

 

NATO baş katibi: “Rusiya ilə dialoqun mümkünlüyünə inanırıq”
Yens Stoltenberq

NATO Rusiya ilə dialoqun mümkünlüyünə inanır, lakin eyni zamanda rəsmi Moskvaya qarşı məhdudlaşdırma siyasətini müdafiə edir.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Latviyanın Adazi hərbi bazasına səfəri zamanı jurnalistlərə deyib.

"Biz münaqişə yox, əksinə, Rusiyanın hər hansı təcavüzünün qarşısını almaq istəyirik", - Stoltenberq bildirib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib ki, Rusiya NATO ilə konstruktiv və bərabərhüquqlu dialoqa hazırdır.


Geri dön