Ana Sayfa > Karusel / Region > “Paşinyanın atdığı hər addım Azərbaycanın maraqlarına xidmət edir“ - Zaur Məmmədov
“Paşinyanın atdığı hər addım Azərbaycanın maraqlarına xidmət edir“ - Zaur Məmmədov29-11-2021, 19:53. Yazar: Admin |
Soçi görüşündə Azərbaycan əhəmiyyətli diplomatik uğur əldə etməsindən sonra regionda siyasi şərait dəyişib. Analitiklər hesab edirlər ki, Ermənistan artıq şərtlə danışmaq imkanlarını itirib, dalana dirənib.
Növbəti görüşlərdə Ermənistan hər hansı şərt irəli sürə bilərmi? Qarabaginfo.az xəbər verir ki, bunu yenisabah.az-a “Bakı Politoloqlar Klubunun” sədri, siyasi şərhçi Zaur Məmmədov bildirib ki, Azərbaycan ötənilki 44 günlük Vətən Müharibəsi zamanı savaşda qalib gələn tərəf oldu və elə həmin ildə, qalibiyyətin ilk günündən sonra Emrənistan heç bir gün də Azərbaycanla şərtlə danışmadı: “Bu aylar ərzində Azərbaycanın diktəsi altında bir sıra görüşlər keçirildi, o cümlədən Ermənistan 11 yanvar 2021-ci il görüşünə getməyə məcbur oldu. Digər tərəfdən doğrudan da Ermənistan rəhbərliyi bəzi məsələlərdə vaxtın uzadılması, bəzi məsələlərdə isə daxili auditoriyanı misal gətirərək, guya hansısa şərtlərinin və Emrənistanın hansısa baxış bucağının olduğunu qeyd etdi”. Politoloq qeyd edib ki, bəlli məsələdir ki, bütün bunların əsas səbəbi heç də Azərbaycanla bağlı deyil: “Bunlar Rusiya və daxili auditoriya ilə bağlı olan amillərdir. Biz Soçi görüşündə də, həmçinin dünənki Aşqabad sammiti çərçivəsində də gördük ki, artıq bütün dünya Zəngəzuru, Zəngəzur dəhlizi adlandırır. Artıq bütün dünya postmüharibə dövründə Azərbaycanı qalibiyyəti ilə bağlı təbrik edir və yeni yaranmış geosiyasi və geoiqtisadi şəraitdə müxtəlif dividentləri Azərbaycanın hesabına qazanmaq istəyirlər. Bu, o ölkələrdir ki, hansılar ki, Ermənistana hər zaman yaxınlıqları ilə seçilmişdilər, bu dövlətlərdə biz görürük ki, postmüharibə dövründə öz cinahlarını dəyişməyə meyllidirlər”. Z. Məmmədov əlavə edib: “Bundan sonra 15 dekabrda tərəflər Brüsseldə görüşəcəklər. Ümumiyyətlə, Azərbaycan və Ermənistan liderləri arasında görüşlər olduqca vacibdir. Bu həftə, artıq Baş nazirlərin müavinləri arasında sərhədlərin delimitasiyası ilə yanaşı, kommunikasiyalar və nəqliyyat xəttləri ilə bağlı demək olar ki, yekun qərarın verilməsi gözlənilir. Bununla bağlı Rusiya prezidenti Vladimir Putinin də məlum açıqlaması var. Görünən odur ki, Ermənistanı bütün şərtləri yerinə yetirməyə vadar edəcəklər”. Siyasi şərhçi onu da vurğulayıb ki, əslində, Ermənistan hər hansı bir məsələdən boyun qaçırırsa, bu onun öz ziyanına olacaqdır: “Çünki Ermənistanın vaxt uzatması, onların müəyyən iddiaları, üçtərəfli bəyanatda hələ də yerinə yetirmədiyi müddəalar birmənalı olaraq, Bakının xeyrinədir. Düşünürəm ki, Nikol Paşinyanın atdığıı hər addım Azərbaycanın maraqlarına xidmət edir və ümumiyyətlə, Azərbaycanın Rusiya və digər ölkələrlə münasibətlərində mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq”. Geri dön |