Ana Sayfa > Karusel / Gündəm > “Omikron” sərhədlərimizə çatdı: Azərbaycan qapanmaya gedir? - Mühüm açıqlama
“Omikron” sərhədlərimizə çatdı: Azərbaycan qapanmaya gedir? - Mühüm açıqlama29-11-2021, 17:04. Yazar: Admin |
Koronavirusun yeni və daha təhlükəli hesab edilən variantının (B.1.1.529) ortaya çıxması elm adamları, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir sıra ölkələr tərəfindən böyük narahatlıqla qarşılanıb. Yeni ştamma ilk yoluxma halı Cənubi Afrikanda qeydə alınsa da, ardınca bir çox dövlətlərdə bu varianta yoluxma halı aşkarlanıb. Sürətlə yayılmaqda olan bu ştamma ölkəmizdə rast gəlinməyib. Maraqlıdır bəs, yeni ştammın ("Omikron") əvvəlkilərdən nə kimi fərqi var? Ştammın ölkəmizə gəlməsinin qarşısını almaq üçün nə etmək lazımdır? Mövzu ilə bağlı infeksionist Nicat Əzimli bildirib ki, 9 noyabrda Cənubi Afrika Respublikasında aşkarlanan bu variant qısa müddətdə böyük sürətlə yayılmağa başlayıb. “Buna görə də, narahatlıq doğuran variant olaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən provokasiya edilir. Bütün dünyada, hazırda bizə sərhəd olan ölkələr də daxil olmaqla əksər ölkələrdə yoluxmalara rast gəlinib. Elə buna görə də diqqət çəkib və bəzi ölkələr hətta qapanmaya da keçib. Hazırda bilinən tək əsas məqam budur ki, yoluxma xüsusiyyəti Delta variantından da yüksəkdir. Xəstəliyin gedişatında da ağırlaşma halları baş verə bilər. Hazırki cari statistik immunitetdə, yəni xəstəlikdən sonrakı və ya vaksindən sonrakı immunitetdən də, müəyyən dərəcədə yayınma xüsusiyyəti ola bilər. Bu o deməkdir ki, yenicə xəstəlikdən sağalmış bir şəxs yenidən bu virusa yoluxa bilər. Bu haqda iddialar var, lakin xeyli şübhə doğurur. Buna görə də, bir çox vaksin şirkəti hazırda bu varianta uyğun təkmilləşdirmə işlərinə başladığını bildirib. Bizim ölkəmizdə hazırda bu varinata rast gəlinməyib. Hələki elə bir məlumat yoxdur, narahatlıq doğursa da, o qədər qorxulu bir həddə olmadığı üçün düşünürəm ki, ölkələrin sərhədlərini bağlaması erkən atılmış addım olardı. dır. Bizdə epidemik vəziyyət nə pis, nə yaxşı stabil gedir. Sadəcə olaraq gedişat nəzarət altında saxlanılmalıdır, gələcək üçün risk təşkil etdiyi halda sərt tədbirlər düşünülə bilər.”(yenisabah) Geri dön |