Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb29-11-2021, 16:45. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib. 25 992 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5594, bu günə qədər isə ümumilikdə 5 526 664 test icra olunub. Geri dön |