Ana Sayfa > Karusel / Siyasət > Avstraliya parlamentində ilk dəfə erməni "soyqırımı"nı tanımağa çağıran qətnamə müzakirə ediləcək

Avstraliya parlamentində ilk dəfə erməni "soyqırımı"nı tanımağa çağıran qətnamə müzakirə ediləcək


29-11-2021, 13:59. Yazar: Admin
Avstraliya parlamentində ilk dəfə erməni “soyqırımı”nı tanımağa çağıran qətnamə müzakirə ediləcək

 

Avstraliya federal parlamentinin Nümayəndələr Palatası hökuməti Osmanlı İmperiyasında ermənilərin, assurların və yunanların soyqırımını tanımağa çağıran qətnaməni ilk dəfə müzakirə edəcək.

Noyabrın 29-da, yəni bu gün müzakirəsi gözlənilən qətnaməni deputat Trent Zimmermann təqdim edib.

Xatırladaq ki, bir neçə il öncə də, Avstraliya parlamentində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı sənəd hazırlanmışdı.

Həmin vaxt sənədi Avstraliya Parlamentinin Nümayəndələr Palatasına erməni əsilli deputat Tim Vilson təqdim etmişdi.(konkret.az)

 


Geri dön