Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Külli miqdarda pirotexniki vasitə aşkarlanıb
Ana Sayfa > Karusel / Sosial > Külli miqdarda pirotexniki vasitə aşkarlanıb

Külli miqdarda pirotexniki vasitə aşkarlanıb


29-11-2021, 13:12. Yazar: Admin

Qazaxda avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb


Qazaxda avtomobildə külli miqdarda pirotexniki vasitə aşkar olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 1-ci Şıxlı kənd sakini N.Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.

Yoxlama zamanı avtomobildə olan sərnişin R.Mustafayevə məxsus 120 min 288 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.


Geri dön