Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanmayıb

Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanmayıb


29-11-2021, 10:41. Yazar: Admin

 

Azərbaycanda koronavirusun Omikron ştamı aşkarlanmayıb

"Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu "Report"a açıqlamasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağarza Ağayev deyib.

Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ koronavirusun "Omikron" ştamı aşkarlanmayıb.


Geri dön