Ana Sayfa > Karusel / Təhsil > COVID-19-a görə bağlanan daha bir məktəb açılıb

COVID-19-a görə bağlanan daha bir məktəb açılıb


29-11-2021, 10:19. Yazar: Admin

 

COVID-19-a görə bağlanan daha bir məktəb açılıb

Bakıda yerləşən 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


Geri dön