Ana Sayfa > Karusel / Siyasət > Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb

Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb


28-11-2021, 19:45. Yazar: Admin

Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb

Bu gün Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə (svop) dair müqavilə imzalanıb.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.
Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.


Geri dön