Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 30-da “Derenik Mkrtıçyan və Qayane Mkrtıçyanın Ermənistana qarşı” işinə dair qərarını elan edəcək.
Qarabaginfo.az AİHM-nin katibliyinə istinadla xəbərinə görə, iddiaçılar 10 yaşlı uşağın 2010-cu ildə məktəbdə mübahisə zəminində ölməsinin düzgün araşdırılmadığını iddia edirlər. Derenik Mkrtıçyan uşağın babası, Qayane isə anasıdır.
5 Betər
İddiaçıların fikrincə, məktəb rəhbərliyi uşağı yetərincə qorumayıb, hüquq-mühafizə orqanları isə işi ətraflı araşdırmadan bağlayıb. Onlar Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 13-cü (keyfiyyətli hüquqi yardım) maddələrinin pozulduğunu iddia edirlər.(Apa)