Ana Sayfa > Karusel / Dünya > Qırğızıstanda parlament seçkiləri ərəfəsində sükut günüdür
Qırğızıstanda parlament seçkiləri ərəfəsində sükut günüdür27-11-2021, 22:57. Yazar: Admin |
Qırğızıstanda Ali Şuraya (Joqorku Keneş) seçkilər ərəfəsində sükut günü elan edilib. Qarabaginfo.az xəbər verir ki, namizədlərin seçki kampaniyası başa çatıb. Qırğızıstanın 2021-ci il aprelin 11-də referendumda qəbul edilmiş Konstitusiyasına əsasən, Joqorku Keneşin yeni tərkibi 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçiləcək. Seçki Komissiyası 21 partiyanın namizədlərini, həmçinin 287 müstəqil namizədi qeydə alıb. Ümumilikdə 2 494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə, 2 435-i isə ölkə daxilindədir. Parlament seçkilərini 730 xarici müşahidəçi izləyəcək. Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılacaq. Səsvermə yerli vaxtla saat 20.00-da başa çatacaq. Qeyd edək ki, Qırğızıstanda 3 milyon 703 min 420 vətəndaşın səsvermə hüququ var. Geri dön |