Ana Sayfa > Karusel / İqtisadiyyat > AÇG layihəsindən Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

AÇG layihəsindən Neft Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb


9-01-2019, 10:19. Yazar: Admin

 

 

2018-ci il ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 9,720 mlrd. dollar daxil olub.

"Qarabaginfo" bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu məbləğin 245 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il yanvarın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 138,206 mlrd. dollar gəlir əldə olunub.

 


Geri dön