Ana Sayfa > Karusel / Mədəniyyət > Mənsum İbrahimovun qızına yüksək vəzifə verildi

Mənsum İbrahimovun qızına yüksək vəzifə verildi


27-11-2021, 13:05. Yazar: Admin

Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı səfirliyində 3-cü katib vəzifəsində çalışan Aysel İbrahimli bir müddət əvvəl geri çağırılaraq, XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.

Bu günlərdə isə Xarici işlər naziri Ceyhun Bayramovun müvafiq əmri ilə diplomatik rütübəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.

Modern.az-ın məlumatına görə, Bakıda anadan olmuş xanəndənin böyük qızı Aysel İbrahimli orta və ali təhsili bitirəndən sonra diplomatiya sahəsində çalışmağa başlayıb. Aysel xanım uzun müddət Azərbaycanın Macarıstandakı səfirliyində işləyib.
Yeri gəlmişkən sənətkarın diplomat qızı elə həmkarı ilə ailə qurub. Belə ki, Aysel İbrahimlinin həyat yoldaşı Süleyman Rüstəmov da diplomatiya sahəsində çalışır.
Cütlüyün toyu 2011-ci ilin noyabrında olub.(Qaynarinfo)


Geri dön