Ana Sayfa > Karusel / Siyasət > Ya dəhliz olacaq, ya da müharibə - Başqa yol yoxdur - Kalaşnikov
Ya dəhliz olacaq, ya da müharibə - Başqa yol yoxdur - Kalaşnikov26-11-2021, 20:24. Yazar: Admin |
Üçtərəfli görüş çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı məsələlər həllini tapmalıdır. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib. “Yalnız Rusiya, Azərbaycan və Ermənistan istənilən çətin məsələni həll edə bilər. Məsələnin Avropa İttifaqı kimi mühüm beynəlxalq struktur çərçivəsində həlli təbii ki, yaxşı təşəbbüsdür, hər halda, Minsk Qrupu bura qarışmır. Amma hansısa irəliləyişin olacağını düşünmürəm. Tərəflər Aİ-nin sədri ilə görüşüb, onun sülh prosesini dəstəkləməsi barədə sözlərini eşidəcəklər, vəssalam. Əsas iş isə Rusiya, Azərbaycan və Ermənistanın üzərinə düşür. Müəyyən kompromislərə getmək lazım gələcək, amma qonşuların başqa yolu yoxdur. Başqa yol müharibədir. Qərbçilərə baxanda burada ən obyektiv “hakim” Rusiyadır. Regiondakı gərginlik tez olmasa da, aradan qaldırılacaq”, - o bildirib. (Axar.az)
Geri dön |