Ana Sayfa > Karusel / Sosial > "Azəriqaz" rəhbərliyi vətəndaş qəbulu keçirib

"Azəriqaz" rəhbərliyi vətəndaş qəbulu keçirib


26-11-2021, 17:54. Yazar: Admin

Ruslan Əliyev

 


“Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşların problem və təkliflərini dinləmək üçün istənilən şəraiti yaradılır. Bu məqsədlə “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti onlayn vətəndaş qəbulu keçirib.

İB-dən Qarabaginfo.az-a verilən məlumata görə, video-formatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Biləsuvar rayon sakinlərinin müraciətlərini dinləyiblər. Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.


Geri dön