Ana Sayfa > Karusel / Gündəm > Rusiyadan “3+3” formatına dair AÇIQLAMA
Rusiyadan “3+3” formatına dair AÇIQLAMA26-11-2021, 15:18. Yazar: Admin |
“Rusiya ümid edir ki, Transqafqaz üzrə “3+3” formatında görüşün keçirilməsinə qısa müddət qalıb”. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. "Bu məsələlər işlənərkən bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticə əldə olunanda görüşün harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, qısamüddətli məsələdir". Rudenko qeyd edib ki, tərəflər Gürcüstan “3+3” formatında müzakirələrdə iştiraka hazır olduğunu bildirənə qədər gözləyəcək: "Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Razılıq verilsə, bu görüşün 6 dövlətdən birinin paytaxtında keçirilməsi planlaşdırılır. Gürcüstan hazır olduğunu təsdiqləməsə, kürsü Gürcüstan üçün boş qalacaq. Gürcüstan bunu zəruri hesab edəndə, prosesin eyni tamhüquqlu iştirakçısı olacaq”. Geri dön |