Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb

Azərbaycanda “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb


26-11-2021, 12:31. Yazar: Admin
Azərbaycanda “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb

İqtisadiyyat Nazirliyi yanında ​​​​​​Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Qarabaginfo.az Agentliyə istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb.

“Startap” şəhadətnaməsi "Buta Vending" MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, "Cusperco" MMC-nin xidmət təhcizatçıları üçün “www.azdo.az” platforması, "Payriff" MMC-nin onlayn ticarət üçün “www.payriff.com” ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, "Oxuyan" MMC-nin onlayn imtahanların təşkili üzrə “

www.oxuyan.az

” platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı “

www.bein.az

” layihəsi üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: 

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Geri dön