Ana Sayfa > Karusel / Kriminal > Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb
Masallı Rayon Mərkəzi Xəstəxanasının oğurluqda şübhəli bilinən baş həkimi işdən çıxarılıb25-11-2021, 21:28. Yazar: Admin |
Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. Qarabaginfo.az xəbər verir ki, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktor vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. R.Əzizov bu ilin fevral ayından isə həmin xəstəxananın direktoru vəzifəsini icra edən kimi fəaliyyət göstərib. Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır. Geri dön |