Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanlı oğlanlar niyə erməni qızları ilə evlənirdilər? - 30 min gəlinin “sirri”
Azərbaycanlı oğlanlar niyə erməni qızları ilə evlənirdilər? - 30 min gəlinin “sirri”25-11-2021, 17:18. Yazar: Admin |
Sovet dövründə azərbaycanlı oğlanların rus və ermənil qzıları ilə izdivaca girməsi hər zaman qınağa tuş gəlib. Buna baxmayaraq, həmin vaxt azərbaycanlı oğlanların erməni qızlarla nikahı çox geniş yayılıb. Leksikonumuzdakı məşhur “30 min erməni gəlini” ifadəsi də buradan qaynaqlanır. Sovet dövründə azərbaycanlıların ermənilərlə ailə həyatı qurmasının səbəbi nə olub? Doğrudanmı indi iddia olunduğu kimi “qabağa” getmək üçün erməni ilə evlənmək şərt olub, yoxsa erməni qızların “gözəlliyi” oğlanlarımızı valeh edib? Deputat Aqil Abbas mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib: “Bu cür evliliklər sovet ideologiyasının nəticəsi idi. Guya qohumluq əlaqələrini gücləndirib sülh yaratmaq istəyirdilər. Eyni zamanda ruslar müxtəlif xalqlarla evlənənlərə üstünlük verirdilər. Bu cür hallar var idi. Lakin qeyri-adi nə isə axtarmağa ehtiyac yoxdur, sadəcə sovet ideologiyası bunu diktə edirdi”. Jurnalist Seymur Verdizadə deyib ki, vaxtilə bu mövzu ilə bağlı araşdırma aparıb. Uzun illər DTK-da (indiki DTX) yüksək vəzifə tutan bir zabitlə görüşəndən sonra məlum olub ki, sovet dövründə azərbaycanlı oğlanlar "qabağa" getmək üçün erməni qızları ilə izdivaca girirmişlər: “Səksəninci illərin ortalarında Bakıda yaşayan qohumlarımıza qonaq gəlmişdim. Təxminən 1 ay paytaxtda qaldım. Bu müddət ərzində apardığım müşahidələrdən sonra bu qənaətə gəldim ki, Bakının mərkəzində, ən prestijli küçələrdə ermənilər yaşayır. Qohumlarım, həmkəndlilərim ermənilərə məxsus evlərdə kirayə qalırdılar. Sonradan müsahibə aldığım DTK zabiti də bunu təsdiqlədi. O mənə dedi ki, sovet hökuməti qarışıq ailələrdən olan kadrların irəli çəkilməsində maraqlı idi. Bu sırada ermənilər birinci yerdə gəlirdi. Sovet DTK-sı əksər vəzifəli şəxslərin, xüsusilə idarə və müəssisə rəhbərlərinin yanına bir erməni qızı yerləşdirirdi. Həmin qızlar tezliklə öz müdirlərinin “ürəyinə” yol tapırdılar. Ötən əsrin 60-cı illərindən başlayaraq vəzifəli şəxslərin bir çoxu erməni qızları ilə nigaha girməyə üstünlük verirdi. Erməni qızı onlar üçün “təhlükəsizlik kəməri”nə çevrilirdi. Sonradan bu tendensiya daha geniş yayılmağa başladı. Heab edirəm ki, “30 min erməni gəlini” ifadəsinə ciddi yanaşmaq lazımıdr. Bəzi mütəxəssilər bu rəqəmin daha böyük olduğunu, Bakıda 40 mindən artıq erməni gəlininin yaşadığını bildirirlər. Bu izdivacların 80-90% təmənnalı qurulmuşdu. O vaxt gənclərimiz vəzifədə işləmək üçün erməni qızı almağa razılaşırdılar. Erməni qızı ilə evlənib sonradan Azərbaycan hakimiyyətində yüksək post tutan adamlar da var. Mən ad çəkməsəm də cəmiyyət onları yaxşı tanıyır”. Geri dön |