Avropa Dərman Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “Pfizer-Biontec” vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiqləyib.
Qarabaginfo.az “Reuters”ə istinadən verdiyi xəbərə görə, peyvəndin 5-11 yaş arası uşaqlarda istifadəsinin faydalarının onun potensial risklərindən üstün olduğu açıqlanıb.Vaksinin həmin yaş qrupundan olan uşaqlarda 90,7% effektiv olduğu bildirilib.
Qurum “Pfizer-Biontec” vaksininin 5-11 yaşlı uşaqlara 10 mikroqram olmaqla 3 həftəlik periodla iki doza tətbiq edilməsini tövsiyə edib.(Apa)