Ana Sayfa > Karusel / Kriminal > Bakıda müəllimi maşın vurub öldürdü

Bakıda müəllimi maşın vurub öldürdü


25-11-2021, 12:41. Yazar: Admin

Bakıda müəllimi avtomobil vurub.

 

Qarabaginfo.az-ın məlumatına görə, Bakı şəhəri 244 saylı orta məktəbin ibtidai sinif müəllimi Təranə Kazımova yolu keçərkən onu minik avtomobili vurub.

 

Məktəbdən APA-ya bildirilib ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

 

Qadın yolu keçərkən qəfildən yıxılıb və qarşıdan gələn avtomobil onu vurub. Qəza nəticəsində T.Kazımova hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


Geri dön