Ana Sayfa > Karusel / Təhsil > Tələbə kreditinin geri qaytarılması zamanı verilən möhlətin şərtləri açıqlanıb

Tələbə kreditinin geri qaytarılması zamanı verilən möhlətin şərtləri açıqlanıb


25-11-2021, 12:37. Yazar: Admin

 

Tələbə kreditinin geri qaytarılması zamanı verilən möhlətin şərtləri açıqlanıb

Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtlərini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev TTK-nin verilməsi ilə bağlı keçirilən brifinqdə kreditlərin qaytarılması zamanı möhlət veriləcəyinin mümkün olduğunu deyib.

Onun sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

- Yuxarı təhsil səviyyəsində əyani təhsil

- həqiqi hərbi xidmət,

- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),

- işləyən borcalanın münasibətdə hamiləliyə doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti

Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.


Geri dön