Ana Sayfa > Karusel / Gündəm > Daşkəsənə güclü qar yağıb - FOTO

Daşkəsənə güclü qar yağıb - FOTO


25-11-2021, 11:10. Yazar: Admin

Daşkəsən, qar

 


Noyabrın 25-i gecə saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb.

Qarabaginfo.az-ın xəbərinə görə, hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir. Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.

Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir. Daşkəsən, qar SilDaşkəsən, qar Sil

Daşkəsən, qar

 


Geri dön