Ana Sayfa > Karusel / Siyasət > Lavrov və Mirzoyan nəyi müzakirə ediblər?

Lavrov və Mirzoyan nəyi müzakirə ediblər?


25-11-2021, 10:39. Yazar: Admin
Lavrov və Mirzoyan nəyi müzakirə ediblər?

Noyabrın 24-də Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.

Məlumatda deyilir ki, “söhbət zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, o cümlədən Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Azərbaycam prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da keçiriləcək üçtərəfli görüşü kontekstində həyata keçirilməsi məsələsi müzakirə olunub”.

Məlumatda deyilir ki, nazirlərin söhbəti zamanı habelə beynəlxalq və regional gündəliyin bir sıra digər aktusl məsələlərinə toxunulub.

Lakin Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bu danışıqlar barədə məlumatında deyilir ki, Lavrov və Mirzoyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan XİN-ə istinadən yazır ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsininn ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə hərtərəfli və uzunmüddətli tənzimlənməsinin mühümlüyü vurğulanıb.

Bu da xəbər verilir ki, söhbət zamanı Ararat Mirzoyan Lavrova “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təcavüzü nəticəsində yaranmış vəziyyət” barədə məlumat verib. Rusiya XİN-in rəsmi məlumatında Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması barədə heç nə deyilmir.

Rusiyanın TASS dövlət agentliyi də daxil bu xəbəri yayan mediaları Ermənistan XİN-in məlumatına istinad edirlər.


Geri dön