Ana Sayfa > Karusel / Dünya > ÜST rəhbəri: “Peyvəndlərin insanlarda yanlış təhlükəsizlik hissi yaratması narahatlıq doğurur”

ÜST rəhbəri: “Peyvəndlərin insanlarda yanlış təhlükəsizlik hissi yaratması narahatlıq doğurur”


25-11-2021, 07:54. Yazar: Admin

Tedros Adanom Qebreyesus

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus insanlarda COVID-19 peyvəndlərinin yanlış təhlükəsizlik hissi yaratmasından narahatlığını ifadə edib.

Qarabaginfo.az xəbər verir ki, ÜST rəhbəri bu barədə Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Biz bir çox ölkədə və icmalarda peyvəndlərin insanlarda yaratdığı yanlış təhlükəsizlik hissini görürük və bu, bizdə narahatıq doğurur. Peyvəndlər həyatı xilas edir, lakin yoluxmanın qarşısını tamamilə almır”, deyə Qebreyesus əlavə edib.

Baş direktorun sözlərinə görə, koronavirusun “delta” ştammı meydana çıxmazdan əvvəl, peyvəndlərin yoluxmanı təxminən 60 faiz azaltmışdı, lakin hazırda bu nisbət, təxminən 40 faizə düşüb.

Avropanın yenidən COVID-19 pandemiyasının episentri olduğunu xatırladan ÜST rəhbəri bütün dövlətləri koronavirusun yayılmasının qarşısını almaq üçün kompleks tədbirlər görməyə davam etməyə çağırıb: “Tibbi maska taxmaq, sosial məsafə saxlamaq, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq tövsiyə olunur. Tədbirlər yalnız açıq havada və ya yaxşı havalandırılan yerlərdə keçirilməlidir. Bütün ölkələrdə insanlar peyvənd vurdurmaqla yanaşı, test olunmalı, eyni zamanda onların yeni müalicə variantlarına çıxışı da olmalıdır”.(Apa)


Geri dön