Ana Sayfa > Karusel / Siyasət > Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Rusiya və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub


24-11-2021, 20:01. Yazar: Admin

Ararat Mirzoyan, Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Lavrov və Mirzoyan həmçinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvarda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.


Geri dön