Ana Sayfa > Karusel / Gündəm > Gündüz Ismayılov: "Ermənilər dini abidələrimizi yer üzündən siliblər
Gündüz Ismayılov: "Ermənilər dini abidələrimizi yer üzündən siliblər24-11-2021, 18:23. Yazar: Admin |
"İşğal dövründə yüzlərlə ziyarətgahımız dağıdılıb, yer üzündən silinib. Yalnız yarısağlam vəziyyətdə qalan Ağdamda Cümə məscidi və Şuşada Yuxarı Gövhər Ağa məscididir. Yəni İslam dininə məxsus abidələrimiz yer üzündən demək olar silinib". Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz Ismayılov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi " konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, işğalçıların alban kilsələrinə münasibəti isə başqa olub: "Onlar həmin kilsələri özününküləşdirməyə çalışıblar, edə bilmədiklərini isə dağıdıblar". Geri dön |