Ana Sayfa > Karusel / Gündəm > ƏƏSMN: DOST şəbəkələrinin Qarabağda yaradılması ümdə məsələlərdəndir

ƏƏSMN: DOST şəbəkələrinin Qarabağda yaradılması ümdə məsələlərdəndir


24-11-2021, 18:06. Yazar: Admin

ƏƏSMN: DOST şəbəkələrinin Qarabağda yaradılması ümdə məsələlərdəndir

"DOST filialları şəbəkələrinin Qarabağda yaradılması ümdə məsələlərdəndir. Artıq bu istiqamətdə işlərə başlanılıb"

Qarabaginfo.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə müasir sosial infrastrukturun qurulması təmin olunacaq: "İşğaldan azad edilən ərazilərdə sosial infrastrukturun qurulması, peşə hazırlığı mərkəzlərinin yaradılması ilk növdə təmin ediləcək. Həmin ərazilərdə məşğulluğun təmin edilməsi, kiçik bizneslərini yaradılması üçün layihələr həyata keçiriləcək. İşğaldan azad edilən ərazilərin bərpa quruculuq işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin xüsusi yeri olacaq. Həmin ərazilərdə mütləq şəkildə sosial infrastruktur olmalıdır".


Geri dön