Ana Sayfa > Karusel / Gündəm > Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb


24-11-2021, 16:41. Yazar: Admin

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 474 vaksin vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 418, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 827 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 363 317, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 059 543, ikinci mərhələ üzrə 4 538 992, “buster” doza üzrə isə 764 782 nəfər təşkil edir.


Geri dön