Ana Sayfa > Karusel / Region > “Ermənistan çox uğursuz oyuna başlayıb“ - Professor Melkonyan
“Ermənistan çox uğursuz oyuna başlayıb“ - Professor Melkonyan24-11-2021, 13:23. Yazar: Admin |
“Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək verməyə hazırdır ” Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri İrəvan Dövlət Universitetinin (İDU) Arxeologiya fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına vasitəçilik etmək üçün Moskvaya müraciət edib. Melkonyanın fikrincə, erməni tərəfinin təşəbbüsü yarımaddım təsiri bağışlayır, çünki ardıcıllıq görünmür, ilkin şərtlər yoxdur: “Bu müddət ərzində dəyişən isə rəsmi İrəvanın belə bir təşəbbüslə çıxış etməsidir”. Onun sözlərinə görə, əgər Ermənistan hakimiyyəti Türkiyə hökumətinin dünənki iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti açıq aşkar anti-erməni aksenti ilə müzakirə etməyə sövq edibsə, bu, başqa məsələdir, amma reallıqda heç bir müsbət dəyişiklik görünmür: “Bu, Ermənistanın oyuna başlamaq cəhdi olsa belə, çox uğursuz təcrübə təəssüratı yaradır və Türkiyə üçün, ola bilsin ki, Cənubi Qafqazla bağlı məsələləri müzakirə edə bilmək böyük şərəf və çox mütərəqqi addımdır. Rusiyanın fikrinə görə, Cənubi Qafqaz Türkiyə üçün toxunulmaz bir bölgədir. Əvvəllər Cənubi Qafqazla bağlı aktiv Rusiya-Türkiyə müzakirəsi olmayıb”.(Yenisabah.az) Geri dön |