Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda xidmətdə olan general-polkovniklər - Siyahı
Azərbaycanda xidmətdə olan general-polkovniklər - Siyahı24-11-2021, 10:10. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərim Vəliyevə general- polkovnik hərbi rütbəsi verilib. Qarabaginfo.az xəbər verir ki, bununla da Azərbaycanda general-polkovnik rütbəsi daşıyanların sayı artıb. Onlardan sadəcə 16-sı xidmətini davam etdirir. Hazırda vəzifədə olan general-polkovniklər: 1. Zakir Həsənov - Müdafiə naziri 2. Kərim Vəliyev - Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini 3. Kərəm Mustafayev - Əlahiddə Ümumqoşun Ordu komandanı 4 Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi 5. Kəmaləddin Heydərov - Fövqəladə hallar naziri 6. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi 7. Bəylər Eyyubov - Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi 8. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə 9. Mədət Quliyev- Müdafiə sənayesi naziri 10. Vilayət Eyvazov - Daxili İşlər naziri 11. Məhərrəm Əliyev - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri 12. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri, ali xüsusi rütbə 13. Ramil Usubov – Sabiq daxili işlər naziri, Prezident yanında Təhlükəsizlik Şurasının katibi 14. Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi 15. Arzu Rəhimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi 16. Kamran Əliyev - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-polkovniki) ali xüsusi rütbəsi Bir neçə il öncə və daha az müddət əvvəl vəzifədən kənarlaşdırılan general-polkovniklər: 1. Nəcməddin Sadıqov - Müdafiə nazirinin sabiq 1-ci müavini, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi 2. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi 3. Namiq Abbasov - Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri 4. Səfər Əbiyev – Sabiq müdafiə naziri 5. Eldar Mahmudov - Sabiq milli təhlükəsizlik naziri 6. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı). Bu ilin mayında 98 yaşında vəfat edib. 7. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri, ali xüsusi rütbə 8. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik), ali xüsusi rütbə 9. Fazil Məmmədov – Sabiq vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik), ali xüsusi rütbəsi (Qafqazinfo) Geri dön |