Ana Sayfa > Karusel / Dünya > Rusiya və ABŞ Baş Qərargah rəisləri beynəlxalq təhlükəsizliyi müzakirə ediblər
Rusiya və ABŞ Baş Qərargah rəisləri beynəlxalq təhlükəsizliyi müzakirə ediblər24-11-2021, 00:33. Yazar: Admin |
Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Valeri Gerasimov və Mark Milli telefon danışığı aparıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi liderlərin beynəlxalq təhlükəsizliyin aktual məsələlərini, o cümlədən hərbi insidentlərin risklərinin azaldılması müzakirə etdiyi bildirilir. Danışıqlar Rusiya-Amerika təmaslarının ən yüksək səviyyədə hazırlanmasına dair hesabatlar fonunda baş tutub. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti noyabrın 17-də bildirib ki, tərəflər ən yüksək səviyyədə təmaslar hazırlayır. Geri dön |