Ana Sayfa > Karusel / Region > Türkiyədə daha 208 koronavirus xəstəsi vəfat edib
Türkiyədə daha 208 koronavirus xəstəsi vəfat edib24-11-2021, 00:25. Yazar: Admin |
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 208 nəfər dünyasını dəyişib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 365 412 nəfər test edilib, onların 24 170-nin koronavirus testi pozitiv nəticə verib, 29 353 nəfər sağalıb. Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 602 103 peyvənd tətbiq edilib ki, bunun 90,37 faizi birinci, 80,79 faizi ikinci mərhələ vaksinasiya olunanlardır. Geri dön |