Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 1904 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb
Azərbaycanda son sutkada 1904 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb23-11-2021, 18:50. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 904 yeni yoluxma faktı qeydə alınıb, 1 833 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 576 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 327 nəfər müalicə olunaraq sağalıb, 7 686 nəfər vəfat edib, aktiv xəstə sayı 27690 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 194, ötən müddət ərzində isə ümumilikdə 5 461 573 test aparılıb. Geri dön |