Ana Sayfa > Karusel / Gündəm > HP "2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı”na dair audit yoxlaması aparacaq

HP "2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı”na dair audit yoxlaması aparacaq


23-11-2021, 18:03. Yazar: Admin

Vuqar Gulmemmedov | Banker.az

“Böyrək transplantasiyası ilə bağlı məsələ cəmiyyətdə müzakirə edilən problem olsa da, əhəmiyyətlilik dərəcəsi ilə bağlı inkişaf etmiş ölkələrdə xəstəliklər sırasında 9-12-ci yerlərdədir”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatasının sədri bildirib ki, dayanıqlı inkişaf məqsədlərində də məhz böyrək çatışmazlığı ilə bağlı hər hansı bir indikator nəzərdə tutulmayıb : “Lakin bizim ölkədə son 8-10 ildə xüsusi dövlət proqramı qəbil edilib. Sonuncu “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı 2016-2020-ci illəri əhatə edir. 2022-ci ildə də bu sahəyə 39 milyon manata yaxın vəsaitin verilməsi nəzərdə tutulur. Növbəti il üzrə Hesablama Palatasının iş planına bu dövlət proqramı ilə bağlı məsələni də daxil etmişik. Son illər proqramın hədəflərinin nə dərəcədə yerinə yetirilməsi məsələləri, transplantasiya və ya hemodializ metodlarından hansının maliyyə cəhətdən daha sərfəli olması və orta yaş müddətinə nə dərəcədə təsir etməsi ilə bağlı nəzarət tədbirinin aparılmasını planlaşdırırıq”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı “2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı” və bundan öncəki müvafiq dövlət proqramı, bu proqramlarda qarşıya qoyulan hədəflərə nə dərəcədə nail olunması ilə bağlı araşdırma aparılmasını təklif etmişdi.

 


Geri dön