Ana Sayfa > Karusel / Sosial > Köçkünlərə tikilən 6 365 mənzilin şəhid ailələrinə və qazilərə verilməsi gözlənilir
Köçkünlərə tikilən 6 365 mənzilin şəhid ailələrinə və qazilərə verilməsi gözlənilir23-11-2021, 17:17. Yazar: Admin |
Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Kərimov keçmiş məcburi köçkünlər üçün tikilən evlərə aydınlıq gətirib. Qarabaginfo.az xəbər verir ki, keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzil şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır.
Nazir müavini postmüharibə məsələsini də qeyd edib:
“Xüsusilə şəhid ailələri və qazilərlə bağlı məsələlər qaldırılıb. Bu həssas təbəqədən olan 8200 şəxslə bağlı müvafiq məşğulluq tədbirləri həyata keçirilib. Növbəti il üçün qarşıdan duran hədəflər peşə və kvalifikasiyanın sayının 500-ə çatdırılmasıdır. Sosial müavinətlərin artırılması ilə bağlı da fəaliyyət davam etdirilir”. Geri dön |