Ana Sayfa > Karusel / Region > “İndi ən çox gözlənilən Paşinyanın devrilməsi yox, istefasıdır“ - Ermənistan pat vəziyyətindədir

“İndi ən çox gözlənilən Paşinyanın devrilməsi yox, istefasıdır“ - Ermənistan pat vəziyyətindədir


23-11-2021, 17:07. Yazar: Admin

“İndi ən çox gözlənilən Paşinyanın devrilməsi yox, istefasıdır“ - Ermənistan pat vəziyyətindədir

Ermənistanda ötən gündın kütləvi aksiyalara yenidən start verilib. “Qarabağ klanı”nın üzvləri bu aksiyalarda iştirak etmirlər. Etiraçılara radikal müxalifətin bir başqa qanadı olan “Millətİn səsi” partiyasının üzvləri və partiya sədri Mğer Mesropyandır.

Qarabaginfo.az xəbər verir ki, Yenisabah.az-a fikirlərini bölüşən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru politoloq Əhməd Əlili qeyd edib ki, Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra meydana çıxan xaos səngimək bilmir:

“Həmin xaos Ermənistandakı son seçkilərdən sonra küçədən parlamentə belə keçib. Anmma Ermənistan-Azərbaycan sərhədində son hadisə onu yenidən küçəyə qaytarıb”.

Ə. Əlili əlavə edib:

“Əsas məqam ondan ibarətdir ki, uzun müddət Rusiya Ermənistanın daxilində vəziyyəti sadələşdirən bir aktor kimi çıxış edib. Rusiyanın mediatorluğu ilə sülh prosesi ortadadır və bu sülh prosesi də müəyyən bir sənədin imzalanmasına gətirib çıxarmalıdır. Ermənistan liderinin siyasi şıltaqlığı nəticəsində bu proses bir qədər ləngiyir. Üçtərəfli bəyanatın imzalanmasından bir il sonra heç bir sənəd imzalanmadı. Ermənistan çalışdı ki, mediatorluğun ağırlıq mərkəzi Rusiyadan digər ölkələrə keçsin, xüsusilə, Aİ, ABŞ və İrana. Digər tərəfdən, o hər vəchlə prosesi uzatmağa çalışır”.

Politoloq onu da vurğulayıb ki, ermənilərin Rusiyaya böyük ümidləri öləziyib:

“Növbəti görüş Brüsseldə olmalıdır. Brüsseldə hər hansısa bir sənədlə bağlı irəliləyiş olarsa belə, Ermənistanda Rusiyaya yaxın qüvvələr buna etiraz etməyəcək”.

Paşinyanın devrilməsi ehtimalına gəlincə, mütəxəssis iddia edir ki, Ermənistan pat vəziyyətindədir:

“Bu vəziyyətində yeganə çıxış yolu Nikol Paşinyanın istefasıdır. Çünki bu istefadan sonra Ermənistanda siyasi boşluq meydana çıxacaq və nəticədə Azərbaycanla bağlı olan bu danışıqlarda kimsə sənədə imza ata bilməyəcək. Bu konstitusion boşluq ona imkan verir ki, proseslər yenidən uzun müddət süründürülsün və nəticələr əldə olunmasın”.(Yenisabah)

 


Geri dön