Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib
Ana Sayfa > Karusel / Gündəm > Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib

Xocavənddə bir erməni hərbçilərimizin nəzarətindəki əraziyə keçib


23-11-2021, 17:07. Yazar: Admin

Qarabağda erməni milliyətindən olan bir şəxs azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.


Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Qarabağdakı separatçılara istinadən məlumat yayıb.

Bildirilir ki, noyabrın 23-də səhər tezdən Xocavənd rayonunun Aşan kənd sakini, 2000-ci il təvəllüdlü M.M. yolu azıb.

Sonradan məlum olub ki, Qarabağ ermənisi Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib.


Hadisə ilə bağlı Rusiya sülhməramlılarına məlumat verilib. M.M-nin geri qaytarılması üçün danışıqlar aparılır.

Həmin şəxsin diversant ola biləcəyi ehtimalı da var. Mümkündür ki, erməni tərəfi onu mülki şəxs kimi təqdim edir.


Geri dön